Infoteka.az
Siyasət

İlham Əliyev: Azərbaycanla Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

“Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir”.

Bu barədə Prezident İlham Əliyevin estoniyalı həmkarı Alar Karisə Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikdə deyilir.

“İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”, - Azərbaycan dövlət başçısı qeyd edib.

Infoteka.az