Infoteka.az
Siyasət

Mikayıl Cabbarov özbəkistanlı nazirlə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.

O bu barədə öz “Twitter” hesabında paylaşım edib.

Nazir qeyd edib ki, görüşdə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən ölkələrimizin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün həyata keçirilən işlər və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları nəzərdən keçirilib.

Infoteka.az