Macarıstan parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı ratifikasiya prosesinə başlayır.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq Tallində mətbuat konfransında deyib.
"Yaxşı haldır ki, Macarıstan parlamenti gələn həftə ratifikasiya prosesinə başlayacaq. Məqsədimiz həm Finlandiya, həm də İsveçin mümkün qədər tez alyansa üzv olmasıdır. Bu, onların təhlükəsizliyini gücləndirəcək. Bu, Avropanın təhlükəsizliyini gücləndirəcək və bu, NATO-nu gücləndirəcək", - Stoltenberq deyib .