Azərbaycan Küveytlə güclü İslam həmrəyliyinə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir.
Bu barədə Prezident İlham Əliyev Küveyt Dövlətinin milli bayramı münasibətilə Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha ünvanladığı məktubda bildirib.
Dövlət başçısı əmin olduğunu vurğulayıb ki, Azərbaycan-Küveyt münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstəriləcək.