Infoteka.az
Dünya

"Netflix" 30-dan çox ölkədə qiymətləri endirir

Ümumdünya yayım platforması "Netflix" daha çox abunəçi cəlb etmək üçün 30-dan çox ölkədə qiymətləri endirib.

Asiya, Avropa, Latın Amerikası, Afrikanın Səhraaltı regionu və Yaxın Şərqin bəzi regionlarında qiymətlər aşağı salınıb. 

Abunə haqqının aşağı salındığı ölkələrə Malayziya, İndoneziya, Tayland, Filippin, Xorvatiya, Venesuela, Keniya və İran da daxildir. Endirim müəyyən qiymət planlarına aiddir və bəzi hallarda abunə haqları yarıya endirilib. 

"Netflix" sözçüsü: "Üzvlərimiz üçün təcrübəni təkmilləşdirmək üçün həmişə araşdırma aparırıq. Bəzi ölkələrdə planlarımızın qiymətlərini yenilədiyimizi təsdiqləyə bilərik", - deyib.

Qeyd edək ki, "Wall Street Journal" hesabatının ilk dərcindən sonra şirkətin səhmləri cümə axşamı Nyu-Yorkda 3,4 faiz ucuzlaşıb. "Netflix" "Amazon", "HBO" və "Disney" kimi rəqibləri ilə artan rəqabətlə üzləşir.

Infoteka.az