Türkiyənin Antakya körfəzində 4,5 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 05:26-da, Samandağ bölgəsindən 3,25 kilometr uzaqda yerin 13,29 kilometr dərinliyində qeydə alınıb.