Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şükrünü qəbul edib.
Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da Suriya və Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkələrlə həmrəylik nümayiş etdirmək üçün regiona səfər edən Misir XİN rəhbərini Çavuşoğlu Adana hava limanında qarşılayıb.