Infoteka.az
Sosial

Suraxanıda vətəndaşların fərdi qaydada qəbulu keçirilib

Suraxanı RİH başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətində də hər həftə keçirilən vətəndaş qəbullarında əhalinin qaldırdığı məsələlərə həssaslıqla yanaşılır, bütün müraciətlər araşdırılır.

infoteka.az xəbər verir ki, Növbəti dəfə fevralın 27-də Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların fərdi qaydada qəbulunu keçirib.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Ə.Əzizov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla da müraciət imkanı əldə edə bilərsiniz.