Infoteka.az
Dünya

Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiqləyib.

İnfoteka.az xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.

Məlumata görə, sanksiya Rusiyadan Avropa İttifaqına (Aİ) 7 milyard avro dəyərində məhsulların idxalına qadağa qoyur. Eyni zamanda Rusiyaya qarşı məhdudiyyətlərə əməl etməyən şəxslərə də sanksiyalar tətbiq ediləcək.

Qadağa Rusiya neftinə maksimum qiymət həddinin tətbiqini də nəzərdə tutur.

Bundan başqa, Rusiyaya kömür, silahlar üçün elektron komponentlər, aviasiya və kimyəvi maddələr üçün texniki məhsulların ixracı, maliyyə xidmətlərinin göstərilməsi, informasiya texnologiyaları sahəsində məsləhətlər və başqa biznes xidmətləri, Rusiyanın Dəniz Gəmiçiliyi Reyestri ilə bütün əməliyyatlar, Aİ-yə üzv ölkələrin vətəndaşlarına bu ölkənin dövlət müəssisələrinin rəhbər orqanlarında vəzifə tutmaq qadağan edilib.

Infoteka.az