Infoteka.az
Siyasət

Dövlət başçısı: Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışır

Azərbaycan dövlət başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğulayıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı deyib ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.

Infoteka.az