Infoteka.az
Dünya

Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırmasına dair qanunu imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Strateji Hücum Silahlarının azaldılması Müqaviləsində (START) iştirakını dayandırmasını nəzərdə tutan qanunu imzalayıb.

Qanun layihəsi bu ilin fevralın 21-də Putin tərəfindən Rusiya parlamentinə təsdiq olunması üçün göndərilib.

Qeyd edək ki, Rusiyanın müqavilədə iştirakını bərpa etmək qərarı dövlət başçısı tərəfindən verilə bilər.

Infoteka.az