Tailandın şimal-şərqində uşaq mərkəzində baş vermiş atışma nəticəsində daha 2 nəfər ölüb.
İnfoteka.az report-a istinadən xəbər verir ki, bununla da həlak olanların sayı 36-ya çatıb. Bildirilib ki, ölənlərdən 24-ü uşaqdır. Məlumata görə, azı 12 nəfər yaralanıb.
Hücum edən şəxsin həyat yoldaşını və uşağını güllələdiyi, daha sonra isə intihar etdiyi qeyd edilir. Cinayətin motivi hələlik məlum deyil.