Infoteka.az
Sosial

Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib

Suraxanı rayonunda 1 mart "Narkomaniya və Narkobizneslə Beynəlxalq Mübarizə Günü" və 5 mart  “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə maarifləndirici tədbir təşkil edilib.
infoteka.az xəbər verir ki, rayonun Qaraçuxur qəsəbəsi 279 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Rayon İcra Hakimiyyətinin, Polis İdarəsinin, Gənclər və İdman Nazirliyinin əməkdaşları, məşhur idmançılar iştirak ediblər.
Tədbirin təşkilində məqsəd, gənclərin sağlam həyat tərzi barədə dünyagörüşünün formalaşdırılması, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı maarifləndirmənin aparılması olub.
Tədbir iştirakçılarına ilk öncə məktəbin idman zalında şagirdlərin təqdimatında idman fəndləri nümayiş olunub, şagirdlər arasında yarışlar keçirilib. 
Daha sonra məktəbin akt zalında davam edən tədbiri açıq elan edən məktəbin direktoru Südabə Abdullayeva qonaqları salamladıqdan sonra dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Narkotiklərin törətdiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və şagirdlərin təqdimatında bu bəlaya düçar olanların acı taleyi ilə bağlı səhnəcik nümayiş olunub.
Tədbirdə Suraxanı RİHB-nin müavini Könül xanım Axundova çıxış edərək, rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın uğurla icra olunduğunu da bildirib.
Tədbirdə çıxış edən YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov narkomaniyanın törədə biləcəyi fəsadlardan danışıb, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olunmasında maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev narkotik asılılığın törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb.
Daha sonra Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim Hicran Şərifov çıxış edərək bildirib ki, Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimiz tərəfindən idmançılara xüsusi həssaslıqla yanaşma, onların peşəkarlıqlarının artırılmasına göstərilən davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarlar buna əyani sübutdur.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Suraxanı rayonunda maarifləndirici tədbir təşkil edilib
Infoteka.az