Ümummilli Lider Heydər Əliyevin ətrafında yaranmış Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Ötən əsrin 90-cı illərində respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Hakimiyyətdə yaranan boşluq, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən də aşağı səviyyədə yaşaması respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial-siyasi və mədəni qarmaqarışıq vəziyyət, özbaşnalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmışdı. Müstəqilliyimizin ilk illərində xalqının yanında olan belə çətin bir şəraitdə dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyev xalqı ətrafına topladı.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev Prezident seçilməyi ilə ölkənin böhrandan çıxma prosesi başladı. Ümummilli Lider Heydər Əliyevin öz xalqına olan sədaqəti və ölkənin gələcəyi ilə bağlı mütərəqqi baxışları xalqı dahi rəhbərin ətrafında birləsdirdi. Ümummilli Lider Heydər Əliyev ətrafında yaradılan Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin təmin edilməsinə böyük töhfələr verdi. Yeni Azərbaycan Partiyası öz fəaliyyətini daim zamanın tələblərinə uyğun və müasir çağırışlarla formalaşdıran yeni idarəetmə modelinə malikdir.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatlar tərəfindən maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi o cümlədən sağlam ictimai rəyin formalaşması gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və digər istiqamətlərdə mühüm işlər görülmüşdür. Eyni zamanda qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkəmizin xarici siyasət sahəsində aparılan işlərin davamıdır.
Partiyaya üzv olanlar gündən-günə artır və fəallıq göstərir. 44 günlük müharibə zamanı şəhid olan qəhraman oğullarımızin xatirəsi əbədiləşdirilir və onların şəkilləri, abidələri olan ərazilərdə abadlıq işlərində fəallıq göstərilir. Yeni Azərbaycan Partiyasının üzvləri daim şəhid ailələrinə dəstək olur onların anım günü və digər vətənpərvərlik ruhunda tədbirlərdə fəal iştirak edirlər.
Hər zaman xalqının yanında olan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük islahatlar, Yeni Azərbaycan Partiyasında qarşıya qoyulan strateji hədəflər bir yumruq kimi birləşən dövlətimizi, vətəndaşlarımızı uğura, inkişafa aparır.
Yaşasın müstəqil Azərbaycan! Var olsun Ulu Öndərin uğurlu siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev!
Dadaş Babazadə
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor