NATO Baş katibi Yens Stoltenberq İsveçə gedəcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki günlük səfər çərçivəsində Stoltenberq martın 7-də İsveçin Baş naziri Ulf Kristersson ilə görüşəcək və görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
Martın 8-də isə Stoltenberq Avropa İttifaqının Xarici Əlaqələr Şurasının müdafiə nazirləri ilə görüşündə iştirak edəcək.