Infoteka.az
Sağlamlıq

2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu piylənəcək

Ümumdünya Piylənmə Federasiyası “heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyi”ni bildirib.

Dünya Piylənmə Federasiyasının yaydığı hesabata görə, 4 milyarddan çox adam kökəlməkdədir.

Afrikanın 10-undan 9 və Asiyanın isə aşağı və ya orta gəlirli ölkəsində daha böyük kökəlmələrin olacağı gözlənilir.

Federasiyanın rəhbəri, professor Luiza Baur hesabatın nəticələrini açıq xəbərdarlıq kimi qiymətləndirərək deyib: “Xüsusilə uşaqlar və gənclər arasında piylənmənin yüksəlməkdədir və bu nisbət həm oğlan, həm də qızlar arasında 2020-ci il səviyyəsindən iki dəfə artmaqdadır”.

Dünya üzrə piylənmə nisbətinin artmasının qlobal iqtisadiyyata çox təsir göstərəcəyi və qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizinə bərabər olacağı proqnozlaşdırır.

Infoteka.az