Infoteka.az
Hadisə

Türkiyədə zəlzələdə həlak olanların sayı 46 mini ötüb

Türkiyədə zəlzələdə həlak olanların sayı 46 min 104-ə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, axtarış-xilasetmə işləri zəlzələnin 10-cu günündə bitmişdir.

Ərdoğanın sözlərinə görə, 230 min bina zəlzələ zamanı dağılıb və ya istifadəsiz hala gəlib.

Türkiyə lideri 2 ay ərzində 100 min konteyner evin inşa edilməsinin gözlənildiyini də vurğulayıb.

Təxmini 500 min insanın bu konteynerlərdə müvəqqəti olaraq yaşayacağı qeyd olunub.

Infoteka.az