Böyük Britaniya və Almaniya ilk dəfə Estoniya üzərində birgə hava əməliyyatlarında iştirak edəcəklər.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.
NATO-nun hava patrul əməliyyatlarında iştirak etmək üçün krallığın 300-ə yaxın hərbçisi Baltikyanı ölkəyə göndəriləcək.
Britaniya pilotları Almaniya Hərbi Hava Qüvvələrinin “Typhoon” qırıcıları ilə birlikdə real “inteqrasiya edilmiş” missiyalarda birgə fəaliyyət nümayiş etdirəcəklər.