Infoteka.az
Dünya

Kreml: Vaşinqton Ukraynada müharibəni davam etdirmək üçün hər şey edir

Vaşinqton Ukraynada müharibəni davam etdirmək üçün hər şey edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı hərbi əməliyyatlar zamanı öz məqsədlərinə nail olmağa davam edir və Ukraynada vəziyyətin sabitləşməsi və atəşin dayandırılması üçün hələlik heç bir ilkin şərt yoxdur.

Peskov həmçinin qeyd edib ki, Rusiya Çin hökumətinin Ukrayna ilə bağlı mövqeyinə böyük diqqət yetirir.

Rusiya neftinə təyin edilən qiymət maksimumuna toxunan Kreml sözçüsü deyib ki, Rusiya neftin heç bir qiymət maksimumunu tanımayacaq və ölkənin maraqlarına zərər dəyməməsi üçün qabaqcadan tədbirlər görür.

Peskov öz növbəsində Çin XİN-in “Ukraynadakı böhrana gözəgörünməz əlin rəhbərlik etməsi” fikri ilə də razılaşmayıb: “Bu, ABŞ-ın görünən əlidir, Vaşinqton bu müharibənin bitməsini istəmir”, - o əlavə edib.

Infoteka.az