Infoteka.az
İdman

PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

Kosta-Rika millisinin qapıçısı Keylor Navas qış transfer dönəmində Fransanın PSJ klubundan ayrılmaq istəyir.

İnfoteka.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper az forma şansı əldə etdiyi üçün Paris təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Navasla İngiltərənin "Vest Hem", "Tottenhem" və "Mançester Yunayted" klubları maraqlanır.

Qeyd edək ki, Keylor Navas 2019-cu ildən PSJ-də çıxış edir. Onun sözləşməsi 2024-cü ilin yayında başa çatmalıdır.

Infoteka.az