Infoteka.az
Siyasət

Azərbaycanda “One Humanity” təşəbbüsü çərçivəsində konsert proqramları təşkil edilə bilər

Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü çərçivəsində konsert proqramları təşkil edilə bilər. 

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə belə təşəbbüslə çıxış edib. 

Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini deyib və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.

Infoteka.az