Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar.
İnfoteka.az-ın xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub.
Qeyd edək ki, bu gün sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında ikitərəfli görüş keçirilib. Mişelin iştirakı ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşünün baş tutması da nəzərdə tutulub. Bundan başqa, Ərdoğanla Paşinyanın ikitərəfli görüşü də planlaşdırılıb.