“Biz enerji bazarında payımızı artırırıq. Neft və qaz boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti artıq dəyişmişik”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
“İndi isə artıq elektrik enerjisinin ötürülməsi ilə bağlı yeni imkanlar yaradırıq”, - deyə dövlətimizin başçısı qeyd edib.