Infoteka.az
Hadisə

İtaliyada 4,6 və 3,9 bal gücündə zəlzələlər baş verib

Martın 9-da İtaliyada Peruca yaxınlığında 4,6 və 3,9 bal gücündə iki zəlzələ baş verib.

Bu barədə “La Repubblica” qəzeti İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutuna (INGV) istinadən yazıb.

Zəlzələlər nəticəsində dağıntı və tələfat olmayıb.

Yerli sakinlər cüzi dağıntıların olduğunu, suvaqların çatladığını və kirəmitlərin qopduğunu bildiriblər.

Infoteka.az