Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.
Məlumata görə, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.