Infoteka.az
Sosial

Albaniyanın Prezidenti: “Heydər Əliyev Azərbaycan xalqının inamını qazanmağa nail oldu”

"Bu gün tanınmış lider Heydər Əliyevlə bağlı bu tədbirdə iştirak etməyə şadam. Heydər Əliyev qlobal səviyyədə tanınmış lider idi. Azərbaycan və Albaniyanın oxşar tarixi var, hər iki ölkə Sovetlərin, proletariatın tərkibində olub”.

Bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Albaniyanın Prezidenti Bauram Baqac çıxışı zamanı deyib.

O bildirib ki, totalitarizm dövründə həyatın necə olması və daha sonra bərpa prosesini hər iki ölkə yaxşı anlayır, çünki bunu yaşayıb:

“Azərbaycanın lideri var idi ki, o münaqişə dövründə çətinliklərin öhdəsindən gəldi, islahatlar apardı, yeni qlobal tərəfdaşlıqlar yaratdı və xalqın inamını qazanmağa nail oldu. Bu həmişə mümkün olmur. Xüsusilə də tranzit dövrü keçirən, fərqli iqtisadi sistemlərdən keçən ölkələr üçün asan olmur.

Bu prosesin idarə olunması ölkələr üçün çətin olur. Amma Prezident Heydər Əliyev bunu ağıllı şəkildə etdi”.

Baqac çıxışı zamanı onu da deib ki, 30 il qısa zamandır amma Azərbaycan bu qısa dövrdə nailiyyətlər əldə etdi ki, bu dahilik tələb edir və mən Heydər Əliyevin dahiliyinə heyranam:

“Azərbaycan və Albaniya bu gün enerji layihələri və s.lə ilə qlobal sülhə, stabilliyə töhfə veririk. Biz Heydər Əliyevin dostluq, tərəfdaşlıqla bağlı ambisiyalarını bölüşürük.

Biz sülhün olduğu, inkişaf edən çiçəklənən Balkanlar görmək istəyirik.

Biz tərəfdaşlığımız təşviq etməyə davam edəcəyik. İki ölkə multikultralizmin, toleransın nümunəsidir. Hər iki ölkə fərqli dini və mədəniyyətlər hörmət edir. Biz yeni nəsillər üçün əməkdaşlığımızı, tərəfdaşlığımız davam etdirəcəyik, birgə şəkildə rifaha doğru irəliləyəcəyik. Heydər Əliyev Azərbaycanın gələcəyi barədə uzaqgörən oldu”.

Infoteka.az