Ötən sutka ərzində düşmən 17 hava zərbəsi endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, son sutka ərzində Rusiya ordusu 17 hava zərbəsi endirib: “Onlardan ikisi Zaporojye şəhərinə düşüb. Rusiya ordusu mülki infrastruktur obyektinə S-300 hava hücumundan müdafiə sistemindən istifadə ediblər. Nəticədə bir bina dağılıb. Mülki əhali arasında ölən və yaralanan yoxdur. Bundan əlavə, düşmən çoxsaylı buraxılış raket sistemlərindən 56 hücum etdi. Onlardan biri - Xerson şəhərinin mülki infrastrukturu obyektində. Mülki əhali arasında itkilər var: ikisi ölüb, üçü yaralanıb”.
APA