ABŞ-nin məşhur “Silicon Valley Bank”ı müflis olub.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bankın bütün sığortalanmış əmanətləri “Santa Clara” Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb.
Bildirilib ki, əmanətçilərin martın 13-ə kimi əmanətlərinə çıxış əldə etməsi gözlənilir.