Infoteka.az
Dünya

İran Rusiyadan alacağı “Sukhoi-35” prosedurlarını tamamladı

İran Rusiyanın “Sukhoi-35” (Su-35) döyüş təyyarələrinin satınalma prosedurlarının tamamlandığını açıqlayıb.

İran dövlət televiziyasının verdiyi xəbərə görə, ölkənin Rusiyadan “Su-35” təyyarələrinin alınması yekunlaşıb. Bildirilib ki, 1988-ci ildə İran-İraq müharibəsindən sonra İran bir çox ölkəyə döyüş təyyarələri almaq üçün müraciət göndərmişdi ki, onlardan Rusiya müsbət cavab vermişdi.

Xatırladaq ki, BMT-nin 2007-ci ildən etibarən İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan “Su-35” təyyarələrinin alınmasına cəhdlər edilib və nəhayət, satınalma prosedurları tamamlanıb.

Xəbərdə alqı-satqı müqaviləsinin nə vaxt bağlandığı və Rusiyadan İrana nə qədər “Su-35” gətiriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Tehranın 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Almaniya arasında imzaladığı nüvə sazişinə uyğun olaraq, beynəlxalq silah embarqosu 13 il müddətinə tətbiq edilmişdi. Bir sıra İran rəsmilərinin beynəlxalq səyahət qadağası da 2020-ci ildə aradan qaldırılıb.

Infoteka.az