Almaniyada müxtəlif mülki aviasiya xidmətlərinin işçilərini birləşdirən həmkarlar ittifaqı “Ver.di” bazar ertəsi Berlin, Hamburq, Hannover və Bremen hava limanlarında tətilə başlayıb. Nəticədə bir çox aviareys təxirə düşüb.
Berlin hava limanında 200-ə yaxın reys və planlaşdırılan uçuşların təxminən 1/3-i, Hamburqda isə planlaşdırılan 123 uçuşun hamısı ləğv edilib.
Qeyd edək ki, Həmkarlar İttifaqları əmək haqqının 10,5% artırılmasını tələb edir. İşəgötürənlər isə iki mərhələdə 5% artım və hər bir işçiyə 2,5 min avro birdəfəlik ödəmə təklif edirlər.