Infoteka.az
Hərbi

MN: Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan bölmələrinə qarşı cavab atəşi açılıb

Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edib.

Şərhdə deyilir:

“Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək”.

Infoteka.az