Infoteka.az
Dünya

Ukraynadakı müharibədə 8200-dən çox dinc sakin həlak olub

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynada müharibə nəticəsində həlak olan dinc sakinlərin sayı ilə bağlı yeni məlumat yayıb.

Məlumatda 2022-ci il fevralın 24-dən 2023-cü il martın 12-nə qədər 8231 nəfərin həlak olduğu bildirilir.

Müharibə zamanı 12 734 mülki şəxs isə yaralanıb. 

Həlak olanların 3664-ü kişi, 2173-ü qadın, 260-ı oğlan və 203-ü qız olub. Eyni zamanda, 31 uşağın və 1900 böyük şəxsin cinsini müəyyən etmək hələ ki mümkün olmayıb.

Infoteka.az