Infoteka.az
Hadisə

Ağ Ev Rusiyanın qeyri-peşəkar davrandığını açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Su-27 qırıcı döyüş təyyarəsinin Qara Dənizdə ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatı ilə toqquşması barədə məlumatlandırılıb.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

O, Rusiyanın ehtiyatsız, təhlükəli və qeyri-peşəkar davrandığını açıqlayıb.

Həmçinin, məsələ ilə bağlı NATO müttəfiqlərinə də məlumat verilib.

Bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Q.Kavoli NATO müttəfiqlərini məlumatlandırıb.

 

Infoteka.az