Bu ilin yanvar-fevral aylarında Azərbaycandan qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə Avropaya 1,9 mlrd. kubmetr, Türkiyəyə 1,7 mlrd. kubmetr, Gürcüstana isə 0,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu müddətdə TANAP Türkiyəni 0,9 mlrd. kubmetr qazla təchiz edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 4,3 mlrd. kubmetr qaz ixrac edilib.