Infoteka.az
Dünya

Moldova parlamenti dövlət dilinin adının dəyişdirilməsini təsdiqləyib

Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib.

Bu qərar iclasda hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatların səs çoxluğu ilə qəbul edilib.

“Konstitusiya Məhkəməsinin bəzi qərarlarının icrası haqqında qanun layihəsi ikinci oxunuşda 58 deputatın səsi ilə qəbul edilib”, - qanunverici orqanın sədri İqor Qrosu iclasda bildirib.

Dəyişikliyə əsasən, bütün qanunvericilik aktlarında “moldova dili” sözləri “rumın dili” sözləri ilə əvəz edilir. Bu, “dövlət”, “rəsmi” və “ana dil” sözlərinə də aiddir. Bundan başqa, köhnəlmiş hesab edilən “latın qrafikası əsasında fəaliyyət göstərən” sözləri konstitusiyadan çıxarılıb.

Müxalifət partiyaları bu qərarı sərt tənqidlərə məruz qoyublar. Onların fikrincə, hakim partiyanın hərəkətləri ölkədəki rəsmi dilin “moldova dili” adlandırıldığı konstitusiyaya ziddir.

Infoteka.az