Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib.
"infoteka.az" xəbər verir ki, Bayram şənliyində rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərib, rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd edirlər.


















