"Yaxın Şərqdə təhlükələr artır".
Bunu ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edən ordu generalı Maykl Kurilla Senatın Silahlı Qüvvələr Komitəsində deyib.
ABŞ generalı bildirib ki, İranın uranın inkişafı proqramı o qədər inkişaf edib ki, indi bu ölkə iki həftədən az bir müddətdə nüvə silahı üçün kifayət qədər parçalanan material istehsal edə bilər.
Kurilla Senatın Silahlı Qüvvələr Komitəsini Yaxın Şərqdəki son hadisələrlə bağlı məlumatlandıraraq, bu regionda ABŞ və müttəfiqləri üçün çoxsaylı təhlükəsizlik risklərini vurğulayıb.
"Minlərlə ballistik və qanadlı raketlərə malik olan İran Yaxın Şərqdə ən böyük və ən müxtəlif raket arsenalına malikdir, bu silahlarla bütün Yaxın Şərqə və Levanta qədər böyük ərazilərə zərbə endirməyə qadirdir. İran rejimi hazırda dünyada ən böyük və güniş imkanlara malik Pilotsuz Uçuş Aparatı qüvvəsinə malikdir. Son 40 ildə İranın hərbi imkanlarının inkişafı regiondakılarla müqayisə olunmazdır və bugünkü İslam İnqilabı Keşikçiləri Korpusu cəmi beş il əvvəlki halı ilə müqayisədə tanınmaz səviyyədədir. İran qonşulara qarşı təhdidlər, bütün regionda xaos və qeyri-sabitlik yayan zorakı proksi qruplara dəstək və Rusiyanın Ukraynadakı müharibəsinə dəstək kimi bədxah fəaliyyətlərindən də çəkinmir”, - Kurilla əlavə edib.