Infoteka.az
Dünya

Türkiyədə seçki kampaniyası başladı

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı proses bu gündən rəsmən başlayır.

Təqvimə əsasən, prezidentliyə namizədlik üçün ərizələrin qəbulu martın 19-dan başlayacaq.

Seçicilər tərəfindən namizədliyini irəli sürmək üçün 100 000 imza lazımdır. Həmin imzalar martın 22-27-də dairə seçki komissiyalarında toplanacaq.

Siyasi partiyaların prezidentliyə namizədliyi ilə bağlı son müraciət tarixi martın 23-dür.

Infoteka.az