Infoteka.az
İdman

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 54 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Kristin Gillespi (Yeni Zelandiya) ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 30:24, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Rəhimova 1/8 finalda Yohana Karolina Qomeslə (Venesuela) üz-üzə gələcək. Görüş martın 20-də olacaq.

Qeyd edək ki, Rəhimova 1/32 finalda Lethokule Sibisə (CAR) qalib gəlib.

Infoteka.az