Bazar günü saat 22:00-a (Bakı vaxtı ilə 20:00) bütün ölkə üzrə seçki məntəqələri bağlandıqdan sonra Qazaxıstanda Parlamentin (aşağı palatanın) və Məclisin (yerli nümayəndəlik orqanları) deputatlarının seçkilərində seçici fəallığı 54,19% olub.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Konstantin Petrov keçirdiyi brifinqdə deyib.
Səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-a qədər keçirilib. Qazaxıstanda istənilən seçici fəallığında səsvermə etibarlı sayılır.