Sosial şəbəkələrdə Rusiyanın Su-27 qırıcısının Qara dəniz üzərində Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Bayraktar TB2”ni vurmaq cəhdlərini əks etdirən görüntülər yayılıb.
Bildirilir ki, bu yaxınlarda eyni bölgədə ABŞ-nin “MQ-9 Reaper” PUA-sını vuran Rusiya qırıcısı Krım sahilləri üzərində daha yüngül “Bayraktar TB-2” ilə bacarmayıb.
Təyyarə pilotu oxşar üsullardan istifadə etsə də, bunun heç bir faydası olmayıb.
Qeyd olunur ki, qırıcının pilotu PUA-nın dəqiq olaraq hansı dövlətə məxsus olduğunu bilmədiyi üçün “hava-hava” tipli raketlərdən istifadəyə cəsarət etməyib.