“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” istifadəçiləri üçün ABŞ-də ödənişli abunə xidməti istifadəyə verib.
Mövzu ilə bağlı "Meta"dan verilən açıqlamada fevral ayında sınaqdan keçiriləcəyi açıqlanan "Meta Verified" xidmətinin ABŞ-də istifadəyə verildiyi bildirilib.
Bu kontekstdə veb istifadəçilərindən aylıq 11,99 ABŞ dolları, Apple İOS və ya Google Android istifadəçilərindən isə 14,99 ABŞ dolları abunə haqqı tutulacaq. Hesablarını rəsmi şəxsiyyət ilə təsdiqləyən "Facebook" və "Instagram" istifadəçiləri “mavi işarə” nişanı, həmçinin hesabın qorunması və müştəri dəstəyinə birbaşa çıxış əldə edəcəklər.
Qeyd edək ki, sosial media platforması "Twitter" də keçən il ödənişli doğrulama xidmətini istifadəyə verib.