"Qarabağ" bir neçə dəqiqə sonra UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
İnfoteka.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
"Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.