Infoteka.az
Sağlamlıq

Yaşı 50-dən yuxarı qadınlara spirtli içki təhlükəlidir

50 yaşdan yuxarı qadınlar üçün spirtli içki içməyin təhlükəli nəticələrini mammoloq Fatima Tamaeva və ginekoloq Olqa Kaplina açıqlayıblar.

 Mammoloq deyib ki, bu yaşda alkoqoldan sui-istifadə süd vəzisi xərçənginin yaranmasına təhlükə yaradır. Hətta gündə bir şüşə pivə və ya iki stəkan şərab belə şiş əmələ gəlməsi ehtimalını artırır.

Ginekoloq Kaplina əlavə edib ki, 50 yaşdan yuxarı qadınların alkoqol qəbulu erkən menopauza səbəb ola bilər. Onun sözlərinə görə, qadın orqanizmi üçün təhlükəsiz doza bir neçə gündə bir dəfə 100 mililitr şərab olacaq.

Infoteka.az