Infoteka.az
İqtisadiyyat

Dollar üzrə əsas faiz dərəcəsi artırıldı

ABŞ Federal Ehtiyat Sistemi (FED) əsas faiz dərəcəsini 0,25 faiz artırıb.

FED-in rəsmi saytındakı məlumata görə, indi bu göstərici 4,75-5%-ə qədərdir.

Qeyd edək ki, qurumun uçot dərəcəsini 25 bənd artırmaq qərarı bazar gözləntilərinə uyğundur.

Bildirilir ki, qərar qəbul edilərkən daxili bazardakı müxtəlif amillər, həmçinin inflyasiyanın səviyyəsi və pul siyasətinin ümumi sərtləşdirilməsi nəzərə alınıb.

Infoteka.az