Infoteka.az
İqtisadiyyat

Ötən ay Azərbaycanda kafe və restoranlara 125 milyon manat xərclənib

2023-cü ilin fevral ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 124 milyon 930,1 min manat təşkil edib.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,2% və ya 38 milyon 295,8 min manat çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 255,5 milyon manat təşkil edib. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2%-i hüquqi şəxslərin, 49,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,2% artaraq 127 milyon manat olub.

Infoteka.az