Infoteka.az
Dünya

Blinken ermənipərəst konqresmeni yerində oturtdu

Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənipərəst senator Bob Menendesin təxribat xarakterli suallarını cavablandırarkən deyib.

E.Blinken vurğulayıb ki, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi zəruridir.

Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən dövlət katibi həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini bildirib.

Infoteka.az