Sabah Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.
İnfoteka.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Daha əvvəl Peskov Putinin oktyabrın 7-nə bir sıra telefon əlaqəsi planlaşdırdığını bildirib.
Bununla yanaşı, sabah Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin rəhbərləri ilə qeyri-rəsmi görüş keçirəcək.