Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı başlayıb.
Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib
Ən zərif gimnastika növünün nümayəndələri 24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınayıblar.
Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, "Grasiya" İdman Klubu, "Zirə", Sumqayıtdan ümumilikdə 53 gimnast iştirak edəcək.
Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar.
Fərdi gimnastlar arasında qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip və 5 top (gənclər) və 5 halqa və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.