Türkiyənin Kahramanmaraş vilayətinin Ekinözü rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD (Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsi) xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 7 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, Kahramanmaraşda bir neçə gün öncə də zəlzələlər baş vermişdi.